Bakının Suraxanı rayonunda qadın kişiyə iki bıçaq zərbəsi vurub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Belə ki, Ramiz Quliyev 71 ünvanında 1994-cü il təvəllüdlü Hüseynzadə Fərid Həsən oğlu birgə yeyib-içdiyi qadın tərəfindən bıçaqlanıb. Yaralı döş qəfəsinin iki bıçaq xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Fakt üzrə Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.