Baldız yeznəni bıçaqladı

04 İyul 2024, 08:30

Bakının Xəzər rayonunda ailə məişət zəmnində dava zamanı qadın kişini bıçaqlayıb.

Heftelik.az-ın məlumatına görə, hadisə Qala qəsəbəsində baş verib.

1975-ci il təvəllüdlü Səlimov Arif Aqif oğlu yaşadığı evdə baldızı ilə mübahisə edib. Mübahisə zamanı qadın A.Səlimova bıçaq zərbəsi vurub.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.