Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınmasından və ya icrasından imtina edilməsi üçün əsaslar müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınmasından və ya icrasından aşağıdakı hallarda imtina edilə bilər:
– əleyhinə belə qərar çıxarılmış tərəfin müraciəti ilə məhkəmə aşağıdakı hallardan birini müəyyən etdikdə:
– bu Məcəllənin 476.1.1.1 – 476.1.1.4-cü maddələrində qeyd olunan əsaslardan birinin mövcudluğunu (bu Məcəllənin 476.1.1.2-ci maddəsinə münasibətdə “Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsində göstərilən hal istisna olmaqla);
– müvəqqəti təminat tədbirləri ilə bağlı təminatın verilməsi barədə arbitraj məhkəməsinin qərarının icra olunmadığını;
– arbitraj məhkəməsi tərəfindən və ya müvafiq səlahiyyətin olduğu təqdirdə ərazisində arbitrajın keçirildiyi, yaxud qanunvericiliyi əsasında müvəqqəti təminat tədbirlərinin tətbiq olunduğu dövlətin məhkəməsi tərəfindən müvəqqəti təminat tədbirlərinin ləğv olunduğunu və ya icrasının dayandırıldığını;
Məhkəmə aşağıdakı hallardan birini müəyyən etdikdə:
– məhkəmənin öz səlahiyyətlərinə və tədbirin icrasının məqsədlərinə uyğunlaşdırmaq üçün müvəqqəti təminat tədbirinin mahiyyətini dəyişdirmədən həmin tədbirdə dəyişiklik edə bildiyi hallar istisna olmaqla, təminat tədbirinin məhkəmənin səlahiyyətlərinə uyğun olmadığını;
– bu Məcəllənin 476.1.2.1-ci və 476.1.2.2-ci maddələrində qeyd olunan əsaslardan hər hansı birinin müvəqqəti təminat tədbirinin tanınmasına və icrasına tətbiq olunduğunu.