Quraşdırılmış torpaqlanma qurğuları bilavasitə işlər aparılan cərəyandaşıyan hissələrdən açılmış ayırıcılar, aralayıcılar və ya yük açarları çıxarılmış qoruyucular, sökülmüş şin və ya naqillər vasitəsilə aralanır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Bilavasitə işləmə yerində cərəyandaşıyan hissələr induksiya edilmiş gərginlik (potensial) altında qaldığı hallarda, bu hissələrə əlavə torpaqlanma qurğusu qoyulur. Qapalı paylayıcı qurğuda səyyar torpaqlanma qurğusu cərəyandaşıyan hissələrə bunun üçün nəzərdə tutulmuş yerlərdə qoyulur. Bu yerlərin boyası təmizlənir və qara zolaqla haşiyəyə alınır.