Daşınmaz əmlak və iri həcmli əşyalardan başqa üzərinə həbs qoyulmuş əmlak, bir qayda olaraq, götürülür.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Belə halda:
– qiymətli metallar və daşlar, mirvari, milli və xarici valyutada pul, sənədli qiymətli kağızlar, çeklər, konosamentlər, lotereya biletləri saxlanılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına təhvil verilir;
– götürülmüş digər əşyalar mümkün olduqda qablaşdırılır, möhürlənir və müvafiq olaraq istintaq orqanında və ya məhkəmədə saxlanılır, yaxud mühafizə altında saxlanılması üçün müvafiq dövlət orqanının nümayəndəsinə qanunla nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdar edilməklə təhvil verilir.