Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında işlərin görülməsi üçün elektrik qurğusuna təkbaşına xidmət edən və operativ heyətin üzvlərindən olan və ya elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik mütəxəssis işə buraxılır, digər işlər üçün isə elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssislər cəlb olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Gərginliyi 1000 V-dək olan elektrik qurğularına işlərin görülməsi üçün elektrik qurğusuna xidmət edən, elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik operativ heyətin üzvü buraxılır.