Müstəntiq üzləşdirmə iştirakçılarını üzləşdirmə protokolunun məzmunu ilə tanış edir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Dindirilən, habelə üzləşdirmədə iştirak edən şəxslər protokola əlavə və düzəlişlərin edilməsini tələb etmək hüququna malikdirlər. Üzləşdirmə protokolu müstəntiq, habelə dindirilən şəxs və üzləşdirmədə iştirak edən şəxslər tərəfindən imzalanır. Dindirilən hər bir şəxs öz ifadələrini və protokolun hər səhifəsini imzalayır.
Üzləşdirmə zamanı video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə, müvafiq yazı, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə olunur.