Müstəntiq təqsirləndirilən şəxsi audio yazıdan, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə etməklə dindirmək hüququna malikdir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Dindirmənin başlanmasından əvvəl müstəntiq təqsirləndirilən şəxsə onun müdafiəçinin köməyindən istifadə etmək və ifadə verməkdən imtina etmək hüququnu izah edir. Dindirmənin əvvəlində müstəntiq təqsirləndirilən şəxsin ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib-bilmədiyini aydınlaşdırmalıdır.