Elektrik qurğularına baxışa aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik qurğularına aşağıdakı texniki heyət üzvləri tərəfindən təkbaşına baxış keçirilir:
– gərginliyi 1000 V qədər olan elektrik qurğularında elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik və gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik və elektrik qurğusuna xidmət göstərən növbətçi operativ-təmir heyəti;
– gərginliyi 1000 V qədər olan elektrik qurğularında elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik və gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında elektrik təhlükəsizliyi üzrə V qrupdan aşağı olmayan qrupa malik inzibati-texniki heyət.