Gərginliyi 330 kV və daha yuxarı olan birdövrəli hava xəttində taclanmanın olmaması gərginliyin olmaması üçün kifayətdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik qurğularında gərginliyin olmamasının yoxlanılması texniki heyət üzvü tərəfindən həyata keçirilir. Bu yoxlamanı keçirən mütəxəssisin elektrik təhlükəsizliyi üzrə qrupu gərginliyi 1000 V-dan yuxarı olan elektrik avadanlıqları üçün IV qrupdan, gərginliyi 1000 V-dək olan avadanlıqlarda isə III qrupdan aşağı olmamalıdır.