Ərizəyə onun məhkəməyə daxil olduğu gündən 30 (otuz) gün ərzində bu fəsil ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş birinci instansiya məhkəməsi tərəfindən işə baxılması qaydalarına uyğun olaraq baxılır.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
İşə baxan məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə prosesin hazırlıq mərhələsində tərəflərdən və ya tərəflərə iş materiallarının təqdim edilmədiyi hallarda daimi arbitraj təşkilatından və ya arbitraj işinin materiallarını saxlamaq səlahiyyəti olan qurumdan ləğv edilməsi barədə ərizə verilmiş arbitraj qərarına aid iş materiallarını tələb edə bilər.