Şahidin savadsızlığı və ya fiziki pozuntuları üzündən dindirmə protokolunu imzalaması mümkün olmadıqda, müstəntiq bu halları protokolda əks etdirir və onu öz imzası ilə təsdiq edir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Dindirmə protokolu işin materiallarına əlavə edilir. Dindirilmədə audio yazılan, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazı, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə edilir.