Poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması haqqında qərarda nələrin göstərilməli olduğu müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması haqqında qərarda aşağıdakılar göstərilməlidir:
– qərarın çıxarıldığı tarix, vaxt və yer;
– qərarı çıxarmış şəxsin soyadı, adı və atasının adı, vəzifəsi;
– poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması üçün əsas olan obyektiv hallar və bunun motivinin əsaslandırılması;
– poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulmuş şəxsin (şəxslərin) soyadı, adı, atasının adı və dəqiq ünvanı;
– üzərinə həbs qoyulmalı olan poçt, teleqraf və digər göndərişin dəqiq növü (növləri) və onun olduğu yer;
– üzərinə poçt, teleqraf və digər göndərişi saxlamaq vəzifəsi qoyulmuş rabitə idarəsinin adı;
– poçt, teleqraf və digər göndərişin üzərinə həbs qoyulduğu müddət.