Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-6-da Azərbaycana işgüzar səfər edəcək.
Heftelik.az-ın “AKİpress”ə istinadən verdiyi məlumata görə, bu barədə Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.
Qeyd edilib ki, dövlət başçısı Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında iştirak edəcək.