Fəaliyyətdə olan elektrik qurğularında işlər həmin naryad və ya sərəncam əsasında, habelə istismar zamanı görülən işlər həmin qurğunun istismarçısı tərəfindən təsdiq edilən siyahıya uyğun olaraq aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Təhlükəsizlik baxımından elektrik qurğularında görülən işlər aşağıdakı növlərə bölünür:
– gərginliyin çıxarılması ilə;
– gərginlik altında;
– gərginlik altında olan cərəyandaşıyan hissələrdən uzaqda, gərginlik çıxarılmadan.