Naqilləri haçalanmış hava xəttində hər bir fazada yalnız bir naqili torpaqlamağa yol verilir, ayıran dəstəklər izolə olunmuş olduqda fazanın hər bir naqili torpaqlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Dayaqdan izolə olunmuş ildırımdan mühafizə trosunda işləyərkən və ya dayaq konstruksiyasında işləyərkən bu trosa 1 m-dən az məsafədə yaxınlaşmaq üçün tros torpaqlanmalıdır. Torpaqlama trosun izolə olunduğu aşırıma və ya işləmə yerindəki aşırıma quraşdırılmalıdır.