Ərizəyə onun məhkəməyə daxil olduğu gündən sonra təxirə salınmadan baxılır.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
İşə baxan məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə prosesin hazırlıq mərhələsində tərəflərdən və ya tərəflərə iş materiallarının təqdim edilmədiyi hallarda daimi arbitraj təşkilatından və ya arbitraj işinin materiallarını saxlamaq səlahiyyəti olan qurumdan tanınması və icrası barədə ərizə verilmiş arbitraj qərarına aid iş materiallarını tələb edə bilər.