Belə əmlak möhürlənir

05 İyul 2024, 08:20

Üzərinə həbs qoyulmuş, götürülməmiş əmlak möhürlənir və iltizam alınmaqla əmlakın mülkiyyətçisi və sahibinə, yaxud onların yetkinlik yaşına çatmış ailə üzvlərinə həmin əmlakın özgəninkiləşdirilməsi, korlanması və ya məhv edilməsinə görə qanunla nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdarlıq edilir və saxlanılması üçün onlara verilir.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.