Sadalanan hüquqlar həmçinin ruhi vəziyyəti imkan verdikdə haqqında məcburi xarakterli tibbi tədbirlərin tətbiqi üzrə icraat aparıldığı şəxsə də məxsusdur.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Müstəntiq ekspertiza təyin edilməsi haqqında qərarını, tədqiqat obyektlərini, zəruri hallarda isə cinayət işini rəy verilməsi üçün ekspert idarəsinin rəhbərinə göndərir. Ekspertiza ekspert idarəsinin əməkdaşı tərəfindən aparılır. Qərarda ekspertizanın kim tərəfindən keçirilməsi göstərilmədikdə ekspert idarəsinin rəhbəri ekspertizanın aparılmasını həmin idarənin əməkdaşlarından birinə və ya bir neçəsinə tapşırır və bu barədə ekspertiza təyin etmiş şəxsə məlumat verir.