Elektrik stansiya və yarımstansiyalarında (o cümlədən yerləşgələrin içərisində) avtomobil və digər nəqliyyat vasitələri üçün yolverilən hərəkət sürəti təyin olunmalı, nəqliyyatın hərəkət sürətinə məhdudiyyət qoyulan zona, nəqliyyat vasitələrinin dayanacaq və dönmə yerləri gündüz və gecə yaxşı görünən yol işarələri ilə nişanlanmalı, avtomobil nəqliyyatının keçid yerlərində, kommunikasiya qurğularının altında qabarit hündürlüyünü və enini məhdudlaşdıran işarələr qoyulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.