Zərər çəkmiş şəxsin dindirilməsi Cinayət-Prosessual Məcəllədə şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalara müvafiq aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan 14 yaşından yuxarı uşağın tələb etdiyi hallarda onun dindirilməsi qanuni nümayəndəsinin, yaxud onun seçimi əsasında müəllimin, psixoloqun və ya həkimin iştirakı ilə aparılır.