Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Amil Cavadov vəzifəsindən azad edilib.
Heftelik.az-ın məlumatına görə, Amil Cavadov Komitə sədri Ramin Məmmədovun müşaviri təyin olunub.
Aparat rəhbəri vəzifəsini isə Nəriman Qurbanov icra edəcək.
Xatırladaq ki, Nəriman Qurbanov 2018-ci ilin iyununa qədər Dövlət Komitəsinin aparat rəhbəri olub.