Elektrik qurğularında işlər, bu növ işlərin icrası üçün nəzərdə tutulmuş elektrik mühafizə vasitələrinin tətbiqi ilə görülür.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik qurğularının gərginlik sinfinə uyğun olmayan elektrik mühafizə vasitələrinin tətbiqi qadağandır. Elektrik mühafizə vasitələrindən istifadə etmədən gərginlik altında olan elektrik qurğularının izolyatorlarına toxunmaq qadağandır.