Hava xəttində elektrik cəhətdən əlaqəli hissələri (o cümlədən naqilləri və trosları) birləşdirmədən və ya ayırmadan öncə bu hissələrin potensialları bərabərləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Potensialların bərabərləşdirilməsi bu hissələrin naqillərinin birləşdirilməsi və ya aralanmanın (ehtimal olunan aralanmanın) hər 2 (iki) tərəfində onları bir torpaqlanma qurğusuna birləşdirmək vasitəsilə həyata keçirilir.