Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə yığmasının futbolçusu Merih Demiralın AVRO-2024-ün 1/8 final matçında göstərdiyi “bozqurd” işarəsinə görə cəzalandırılmasına münasibət bildirib.
Heftelik.az-ın məlumatına görə, Rəcəb Tayyib Ərdoğan Astanadan dönüş zamanı bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Kimsə deyir ki, almanların formasında niyə qartal var? Kimsə durub deyir ki, fransızların formasında xoruz var, niyə xoruzlanırsan? Merih bununla öz həyəcanını ifadə edib. Xarici İşlər Nazirliyimiz qarşı tərəfin nümayəndələrini çağırıb və bununla bağlı lazımi addımlar atılır. Ümid edirəm ki, hər şey şənbə günü müəyyən olacaq. Meydandan qələbə ilə ayrılıb növbəti mərhələyə keçək. Xüsusi bir şey baş verməsə, matça getməyə qərar verdim”, – deyə Türkiyə Prezidenti bildirib.