Elektrik qurğusu ilə yeni işə başlayan şəxsin təcrübə keçməsi həmin qurğunun istismarçısının təyin etdiyi təcrübəli mütəxəssisin nəzarəti altında aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Müstəqil işəburaxılış elektrik qurğusunun istismarçısı tərəfindən rəsmiləşdirilir. Elektrik qurğusu istismarçısının cəlb etdiyi texniki rəhbər elektrik təhlükəsizliyi üzrə bu Qaydalarla tələb olunan qrupa malik olmalıdır. Həmin mütəxəssislərin əvvəllər elektrik təhlükəsizliyi üzrə qrupları olduğu halda, onun təsdiqlənməsi (yüksəldilməsi), olmadığı halda isə elektrik təhlükəsizliyi üzrə qrupun verilməsi üçün onun biliklərinin yoxlanılması elektrotexniki heyət üçün nəzərdə tutulmuş qaydada aparılır. Elektrotexniki heyətin hazırlığı “Elektrik qurğularının texniki istismar Qaydaları”nın tələblərinə uyğun aparılmalıdır.