Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğusuna baxış zamanı Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”na uyğun olaraq, icazə veriləndən daha az məsafədə yerləşən gərginlik altında olan cərəyandaşıyıcı hissələrə yaxınlaşmağa mane olan çəpəri və ya hasarları olmayan yerləşgələrə və yuvaların kameralarına daxil olmaq qadağan edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Paylayıcı qurğunun yuvalarının kameralarına baxış ya kənardan baxış pəncərəsindən, və yaxud sədd qarşısında duraraq aparılmalıdır.