Poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması haqqında qərar əsasında, həmçinin göndərişlərin baxışı və götürülməsi aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Poçt, teleqraf və digər göndəriş üzərinə qoyulan həbsə aşağıdakı hallarda xitam verilir:
– poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması haqqında qərarı çıxarmış məhkəmənin və ya yuxarı məhkəmənin həbsin ləğv edilməsi barədə qərarı əsasında;
– poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulduğu müddətin qurtarması ilə əlaqədar;
– poçt, teleqraf və digər göndəriş üzərinə həbsin davam etməsinin lüzumsuzluğu barədə müstəntiqin qərarı, habelə müstəntiq tərəfindən çıxarılmış qərarın qanunsuz hesab edilməsi və onun ləğv olunması haqqında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qərarı əsasında.