Protokol ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları və müstəntiq tərəfindən imzalanır.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər vərəqi istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Baxış zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə edilir. Yaşayış yerinə, xidməti və ya istehsalat binalarına və orada görünən obyektlərə baxış Cinayət-Prosessual Məcəllədə göstərilən əsaslar və hallar olduqda və Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır.