Qapalı paylayıcı qurğu və açıq paylayıcı qurğuda  səyyar torpaqlanmanın torpaqlanma qurğusuna, yaxud torpaqlanmış konstruksiyaya birləşdirilmə yerlərinin boyası təmizlənməli və torpaqlanma qurğusunun sıxacının birləşdirilməsi üçün uyğunlaşdırılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

İzolyasiya olunmuş naqildən hazırlanmış şinlər istisna olmaqla, gərginliyi 1000 V-dək olan elektrik qurğularında, gərginliyi çıxarmaqla paylayıcı qurğunun yığma şinlərində, bu şinlərin lövhələrində, yığmalarında işləyərkən torpaqlanma aparılır. Bu paylayıcı qurğunun, lövhələrin, yığmaların birləşmələrinə və onlardan qidalanan avadanlıqlara torpaqlanmanın qoyulmasının zəruriliyini və mümkünlüyünü naryad, sərəncam verən təyin edir.