Gərginliyin olmaması gərginliyi 1000 V-dan yuxarı olan hava xəttində elektrik təhlükəsizliyi üzrə biri ІV qrupdan, ikincisi isə ІІІ qrupdan aşağı olmayan qrupa malik 2 (iki) mütəxəssis, gərginliyi 1000 V-dək olan hava xəttində isə elektrik təhlükəsizliyi üzrə ІІІ qrupdan aşağı olmayan qrupa malik 2 (iki) mütəxəssis tərəfindən yoxlanılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Yerində sxem üzrə izləməklə və ya bilavasitə avadanlıqda gərginliyin olmamasını yoxlamağa aşağıdakı qurğularda yol verilir:
– açıq quraşdırılmış kompleks paylayıcı qurğu, komplekt transformator yarımstansiyası, yağ transformator yarımstansiyası, açıq paylayıcı qurğu və hava xəttində dumanlı, yağışlı, qarlı hava şəraitində gərginlik göstəricisi olmadığı halda, həmçinin konstruktiv xüsusiyyətləri (hermetik, izolə olunmuş cərəyandaşıyan hissələri) gərginliyin olmamasını yoxlamağa imkan verməyən elektrik qurğularında;
– gərginliyi 330 kV olan APQ-lərdə və gərginliyi 330 kV və daha yuxarı olan ikidövrəli hava xəttində.