Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşü baş tutub.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, Hamburqdakı “Folksparkştadion”da keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşdığından, qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub.

Burada daha dəqiq oynayan (5:3) fransızlar yarımfinala yüksələrək İspaniyaya rəqib olublar.

Qeyd edək ki, İspaniya – Portuqaliya matçı iyulun 9-u, saat 23:00-da start götürəcək.