Futbol üzrə Avropa çempionatının ¼ final mərhələsi çərçivəsində İngiltərə və İsveçrə milli komandaları üz-üzə gəlib.
Heftelik.az-ın APA-ya istinadn verdiyi məlumata görə, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada oyunun əsas hissəsi sülhlə başa çatıb.
Qarşılaşmanın 75-ci dəqiqəsində Brel Embolo İsveçrə millisini önə çıxarsa da, matçı 80-ci dəqiqəsinə Bukayo Saka cavab qolunu vuraraq tarazlığı bərpa edib.
Oyuna əlavə olunmuş 30 dəqiqədə komandalar fərqlənə bilməyib.
Baş tutan penalti seriyasında isə İngiltərə yığması rəqiblərindən üstün olub.