Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland – Türkiyə qarşılaşması baş tutub.

Heftelik.az-ın məlumatına görə, Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən oyunu fransalı baş hakim Klement Turpin idarə edib.

Türkiyə yığmasından 35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına yol tapıb. Niderland millisinin üzvü Stefan De Vray 70-ci dəqiqədə bərabərlik qolunu vurub. Daha sonra Kodi Qakpo 76-cı dəqiqədə komandasını önə çıxarıb.

Beləliklə, Niderland yığması yarımfinala yüksəlib.