Sentyabrın 1-dək səlahiyyət müddəti başa çatacaq Milli Məclisin vitse-spikeri  Adil Əliyevin Bakının rayonlarından birinə icra başçısı təyin olunacağı gözlənilir.

Heftelik.az-ın xəbərinə görə, bu barədə AzPolitika.info məlumat yayb.

Qeyd edilib ki,  bu barədə Prezident sərəncamı tezliklə elan olunacaq.

Heftelik.az-ın əldə etdiyi məlumata görə, Adil Əliyev Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin olunacaq.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı 2010-cu ildən Süleyman Mikayılovdur.