Arbitraj qərarının ləğvi haqqında ərizəyə baxarkən məhkəmənin arbitraj məhkəməsinin qərarına mahiyyəti üzrə yenidən baxmaq səlahiyyəti yoxdur.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.

İşə baxılma nəticəsində məhkəmə arbitraj məhkəməsinin qərarının tam və ya qismən ləğv edilməsi və ya ləğv edilməsindən imtina barədə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qərar çıxarır.