Gərginliyi 1000 V-dək olan elektrik qurğularına baxış zamanı lövhələrin, yığmaların, idarə pultlarının və başqa avadanlıqların qapılarının açılmasına yol verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Baxış zamanı sərəncam üzrə iş görmək, hasarlanan və çəpərlənən əraziyə daxil olmaq qadağan edilir. Elektrik qurğularına qeyri-elektrotexniki heyət tərəfindən baxış keçirilməsinə elektrik qurğusunun istismarçısının icazəsi olduqda təkbaşına baxış səlahiyyətinə və elektrik təhlükəsizliyi üzrə qrupa malik inzibati-texniki heyətin nəzarəti altında yol verilir.