Şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barәsindә qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Şübhəli şəxsin tutulduğu halda o öz ifadələrini müdafiəçinin iştirakı ilə vermək hüququna malikdir. Şübhəli şəxsin dindirilməsində müstəntiq Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş hallarda müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir.