Ekspertiza müdafiə tərəfinin təşəbbüsü ilə və onun hesabına aparıldıqda həmin tərəf ekspertiza idarəsinin rəhbərinə suallar siyahısını və tədqiqat üçün obyektləri göndərir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Ekspertiza idarəsinin rəhbəri aşağıdakı vəzifələri yerinə yetirir:
– ekspertə onun Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir;
– ekspertə bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti haqqında xəbərdarlıq edir və bu barədə ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertin imzası ilə təsdiq edilən müvafiq qeyd aparır;
– ekspertizanın aparılmasını təşkil edir;
– tədqiqat obyektlərinin qorunub saxlanılmasını təmin edir;
– ekspertizanın qurtarma müddətini müəyyən edir.
Ekspert idarəsinin rəhbəri ekspertə tədqiqatın gedişi və onun gəldiyi nəticələri əvvəlcədən həll edən göstərişlər vermək hüququna malik deyil.