Əmlak üzərinə həbs qoyulduğu tarix, vaxt və yer protokolda göstərilir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Eyni zamanda protokolda aşağıdakılar göstərilir:
– müstəntiqin və ya icra məmurunun soyadı, adı və atasının adı, vəzifəsi;
– mütəxəssis əmtəəşünasın soyadı, adı və atasının adı, vəzifəsi;
– əmlakı üzərinə həbs qoyulmuş şəxsin soyadı, adı və atasının adı, doğulduğu il, ay, gün və yer, iş yeri və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;
– əmlakı üzərinə həbs qoyulmuş şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi barədə qeyd;
– əmlak üzərinə həbs qoyulmasının xüsusiyyətləri, xüsusən əmlak üzərinə həbs qoyulması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd;
– adı, sayı, ölçüsü, çəkisi, köhnəlmə dərəcəsi, digər fərdi əlamətləri, habelə mütəxəssis-əmtəəşünas tərəfindən müəyyən edilmiş dəyəri göstərilməklə üzərinə həbs qoyulmuş əmlakın siyahısı;
– hansı əmlakın götürüldüyü və kimə saxlanmağa verildiyi barədə qeyd;
– üzərinə həbs qoyulmuş əmlakın digər şəxslərə məxsus olduğu barədə iştirak edən şəxslərin məlumatları.