Elektrik qurğusunda gərginlik itdikdən sonra həmin qurğu ilə işləyən şəxslərə bu barədə xəbərdarlıq edilmədən qeyd edilən qurğuda gərginlik bərpa olunmamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Əyilmiş vəziyyətdən ayaqüstə dayanan vəziyyətə keçdikdə gərginlik altında olan cərəyandaşıyan hissələrə qədər məsafə “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda göstərilən məsafədən az olduqda elektrik qurğularında əyilmiş vəziyyətdə işləmək qadağandır. Elektrik qurğularının çəpərlənməmiş cərəyandaşıyıcı hissələrinin yaxınlığında işlər aparılan zaman həmin işləri yerinə yetirən şəxs qeyd olunan hissələrin arxasında və ya hər 2 (iki) yan tərəfində dayanmamalıdır.