Görülən işin xüsusiyyəti tələb etdiyi halda (o cümlədən izolyasiyanın müqavimətinin ölçülməsi), işləmə yeri hazırlanarkən quraşdırılmış torpaqlanmanın müvəqqəti çıxarılmasına yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
orpaqlanmanın müvəqqəti çıxarılmasını və təkrar quraşdırılmasını işəburaxan və ya naryadverənin göstərişi ilə iş icraçısı yerinə yetirir. İş icraçısı tərəfindən torpaqlanmanın müvəqqəti çıxarılması, həmçinin bu əməliyyatların aparılması, naryadın “Ayrıca göstərişlər” sətrində harada və hansı məqsədlə torpaqlanmanın çıxarılması barədə qeyd göstərilməlidir.