İşlərin təhlükəsiz aparılması ilə bağlı məsuliyyətə aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Elektrik qurğularında, şəbəkələrdə, stansiyalarda və yarımstansiyalarda işlərin təhlükəsizliyini təmin edən təşkilati tədbirlər aşağıdakılardır:

– naryad, sərəncam və ya istismar zamanı görülən işlərin siyahısının tərtib edilməsi;

–  işlərin təhlükəsiz icrası üçün məsuliyyət daşıyan şəxslərin təyin olunması;

– naryadın, yaxud sərəncamın verilməsi;

– işləmə yerinin hazırlanmasına və işə buraxılmaya icazələrin verilməsi;

–  işləmə yerinin hazırlanması və işə buraxılış;

– iş zamanı nəzarətin aparılması;

– iş fasiləsinin elan olunması, başqa yerə köçürülmənin, işin bitirilməsinin rəsmiləşdirilməsi.