Tikinti materiallarının, məmulat və konstruksiyaların anbarlara yığılması və saxlanması ilə bağlı standartların və texniki şərtlərin tələblərinin pozulması halları aşkar edildikdə, podratçı (baş podratçı) aşkar edilmiş pozuntuları dərhal aradan qaldırmalıdır.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Müəyyən edilmiş qaydalara uyğun yığılmamış və saxlanılmayan məmulat və materialların podratçı (baş podratçı) tərəfindən istifadəsi edilməsi bu növ məmulat və materiallardan tikintinin keyfiyyətinə ziyan vurulmadan istifadə mümkünlüyünə aydınlıq gətirilənədək dayandırılmalıdır.