Müstəntiq tərəfindən bu istintaq hərəkətinin aparılması barədə əvvəlcədən xəbərdar edilmiş müdafiəçi əşyanın tanınmasında iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu hüququnu təmin etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Tanıyan şəxs şahid və ya zərər çəkmiş şəxs olduqda, ona qabaqcadan ifadə verməkdən imtinaya, ifadə verməkdən boyun qaçırmağa, bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə, habelə özünün və yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ barədə xəbərdarlıq edilir.