Şübhəli və ya təqsirləndirilən şəxsin hər bir dindirilməsi haqqında müstəntiq tərəfindən protokol tərtib edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Həmin protokolda aşağıdakı məlumatlar göstərilməlidir:
– dindirmənin aparıldığı tarix, vaxt və yer;
– müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;
– şübhəli və ya təqsirləndirilən şəxsin soyadı, adı və atasının adı, habelə onun doğulduğu il, ay, gün və yer, onun vətəndaşlığı, təhsili, ailə vəziyyəti, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;
– şübhəli və ya təqsirləndirilən şəxsin məhkumluğu, dövlət təltifləri və şübhəli və ya təqsirləndirilən şəxsi səciyyələndirən və iş üçün əhəmiyyətli olan digər məlumatlar;
– şübhəli və ya təqsirləndirilən şəxsə onun hüquqlarının və vəzifələrinin izah edilməsi barədə qeyd;
– şübhəli və ya təqsirləndirilən şəxsin dindirilməsinin xüsusiyyətləri, xüsusən dindirmə zamanı audio yazıdan, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd;
– şübhəli və ya təqsirləndirilən şəxsə verilmiş suallar və onun bu suallara cavabları, habelə şübhəli və ya təqsirləndirilən şəxsin işin hallarının mahiyyəti üzrə ifadələri.