Torpaqlayıcı naqilə və ya konstruksiyalara səyyar torpaqlayıcı qoşulan yer boyalardan təmizlənməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Səyyar torpaqlanma aşağıdakılara qoşulmalıdır:

– metal dayaqlarda – onun elementlərinə;

– torpaqlama naqilinin enməsi olan dəmir-beton və ağac dayaqlarda – onların tamlığı yoxlandıqdan sonra bu enmələrə;

– torpaqlanma enməsi olmayan dəmir-beton və ağac dayaqlarda, bu şərtlə ki, səyyar torpaqlanmanı HX-nin aşırımında quraşdırarkən iş aparılan yerdə səyyar torpaqlanma qrunta 0,5 m-dən az olmayan dərinlikdə basdırılmış səyyar torpaqlayıcı qurğuya birləşdirilmiş olsun və torpaqlayıcı təsadüfi torpaq yığınına quraşdırılmamış olsun;

– neytralı torpaqlanmış, gərginliyi 1000 V-dək olan şəbəkələrdə sıfır naqilinin təkrar torpaqlanması olduqda – sıfır naqilinə.