Operativ növbətçi birbaşa operativ idarəçiliyində olan hava xətti və kabeı xəttinin girişlərində gərginliyin olmamasının sxem üzrə yoxlanılmasını təsdiqləyir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Hava xəttində sxemi yerində yoxlamaq xətlərin istiqamətini və xarici əlamətlərini, həmçinin dayaqların üzərindəki işarələrin xətlərin dispetçer adına uyğun gəlməsini yoxlamaqdan ibarətdir. Cərəyandaşıyan hissələri hermetik və izolə olunmuş elektrik qurğularında sxemin yoxlanışı operativ yazıların seçilmiş istiqamətinin, həmçinin kommutasiya aparatının açılmış vəziyyətinin, o cümlədən xəttin gərginlik verilə bilən əks-tərəfinin yoxlanışından ibarətdir.