Elektrik stansiya və yarımstansiyalarında işlərin mümkünlüyünü təsdiqləyən hesablamalar aparmadan tikinti konstruksiyalarını dəyişdirmək və onlarda dəlik açmaq qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik stansiya və yarımstansiyalarının istehsal sex və sahələrində təmir meydançalarını və onların yüklənməsi həddini göstərən plan olmalıdır. Həmin sex və sahələrdə meydançaların sərhədləri, lövhələrdə isə onların yolverilən yüklənmə həddi aydın göstərilməlidir.