Konstruksiyası torpaqlayıcı qoymaq üçün təhlükəli olan yaxud mümkün olmayan elektrik qurğularında (o cümlədən müxtəlif növ kompleks paylayıcı qurğularda, paylayıcı qutularda, fazaları şaquli yerləşmiş yığmalarda) işləmə yerini hazırlayarkən torpaqlanmanın qoyulmamasına yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Bu halda ayırıcıların bıçaqlarına elektrik izoləedici qapaqların və kommutasiya aparatlarının kontaktları arasına elektrik izoləedici taxmaların quraşdırılması ilə əlavə təhlükəsizlik tələbləri hazırlanmalıdır.